TOP 10

"Linfild"in baş məşqçisi: "Bizi "Qarabağ"la böyük oyunlar gözləyir"

Futbol
Tarix: 2019-08-18 16:00

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Şimali İrlandiyanın "Linfild" klubu ölkə çempionatının üçüncü turunda evdə "Kolreyn"ə 2:4 hesabı ilə uduzub. Sport24.az xəbər verir ki, matçla bağlı fikirlərini bölüşən baş Devid Hili Ağdam klubuyla qarşıdakı görüşə də toxunub: "Kolreyn" bizə ötən mövsüm də "Vindsor Park"da futbol dərsi keçmişdi. Həmin matçdakı performansla nə qədər alçaldığımı heç vaxt unutmayacam. Növbəti ev matçımızda bu rəqibi məğlub etdik və çempionluq yolunda önəmli addım atdıq. Bu dəfə yenə uduzduq və məğlubiyyət mənimlə qalacaq. Bilirik ki, çətin olacaq. Bir neçə gün sonra "Qarabağ"a qarşı keçirəcəyimiz oyunu düşünməliyik. Avropada böyük oyunlar bizi gözləyir. Ancaq çempionatı da düşünürük, bu görüşlərdə qalib gəlmək istəyirik. Azarkeşlər möhtəşəm idi, əla atmosfer yaratmışdılar. Ancaq asan şəkildə təslim olduq".

 

Xatırladaq ki, "Linfild" "Qarabağ"ı avqustun 22-də "Vindsor Park"da Bakı vaxtı ilə 22:45-də qarşılaşacaq. 

 

 

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB