TOP 10

"Sabah"da yeni kapitan - FOTO

Futbol
Tarix: 2019-08-18 14:14

Azərbaycan Premyer Liqasının yeni start götürən mövsümdə mükafatları iddialı olacağı gözlənilən "Sabah"da yeni kapitan seçilib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisinin yay transferi olan Ruslan Abışova kapitanlıq sarğısı daşımaq etibar edilib.

 

Komandanın Premyer Liqamızda debüt mövsümündə kapitanı Cavid İmamverdiyev idi. Bu yarımmüdafiəçi indi vitse-kapitan olacaq. Digər vitse-kapitan isə bunadək də həmin funksiyanı yerinə yetirmiş müdafiəçi Kərim Diniyev olaraq qalır. .

 

Xatırladaq ki, 32 yaşlı Abışovun kapitan kimi böyük təcrübəsi var. Mərkəz müdafiəçisi bunadək karyerasını böyük hissəsini keçirdiyi, "Sabah"a da gəldiyi "Neftçi"də, habelə çıxış etdiyi  "Xəzər Lənkəran", "Qəbələ", "İnter"" klublarında və milimizdə kapitan olub. 

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB