TOP 10

"Qarabağ"ın qrupda qələbəsini qeydə almış isveçrəli

Futbol
Tarix: 2019-08-18 14:01

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Linfild" - "Qarabağ" oyununa təyinat alan isveçrəli FIFA referisi Sandro Serer təmsilçimizə tanış hakimdi. Sport24.az xəbər verir ki, 31 yaşlı ədalət sahibi daha öncə bir dəfə "Qarabağ"ın qarşılaşmasında baş hakim olub.

 

Belə ki, 2017/18 mövsümündə Avropa Liqasının qrup mərhələsində Ağdam klubunun Ukraynada "Vorskla"ya qarşı keçirdiyi görüşü idarə etmişdi. Poltavada baş tutan görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanmışdı. Yeganə qolu penaltidən Araz Abdullayev vurmuşdu. Hakim 6 sarı vərəqə göstərib ki, bunların 4-ü meydan sahiblərinə, 2-si "Qarabağ"a (Maksim Medvedev, Donald Gerye) olub. 

 

İsveçrəli referi bu mövsüm avrokuboklarda ilk dəfə baş hakim kimi təyinat alıb. O, indiyədək idarə etdiyi 32 beynəlxalq matçın 12-də penalti təyin edib, 132 sarı, 9 qırmızı vərəqə göstərib. 

 

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB