TOP 10

"Sumqayıt"ın kapitanı 300-yə çatdı

Futbol
Tarix: 2019-08-18 12:50

Azərbaycan Premyer Liqasının ilk turu “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, 31 yaşlı kapitan ölkə çempionatlarında 300-cü oyununu keçirib.

 

“Qəbələ” ilə səfər matçında yubiley qeyd edən təcrübəli müdafiəçi bu müddətdə 8 qol vurub. Karyerasına 2005/2006 mövsümündə “Turan”da başlayan arxa xətt oyunçusu bu klubda 82 matça 3 dəfə fərqlənib. O, sonradan çıxış etdiyi “Qəbələ”də 65 qarşılaşmada 4 qola imza atıb. İndiki klubunda 153 matçda 1 dəfə fərqlənməyə müvəffəq olan Hüseynovun komandası yubiley matçında 2:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, Hüseynov Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 21-ci futbolçudur.

 
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB