TOP 10

Deviçin yeni klubu bəllidi - "Sabah"dakı kimi komanda yoldaşı olacaqlar

Futbol
Tarix: 2019-08-18 11:16

"Sabah"la yollarını ayıran bombardiri Marko Deviçin yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, karyerasını Vətənində davam etdirəcək 36 yaşlı serbiyalı hücumçu "Vojdovats"a keçir.

 

Belqrad təmsilçisi "Sabah"ın serbiyalı digər sabiq legioneri Miloş Boşanciçi də heyətinə qatıb. Bu isə o deməkdir ki, bu futbolçular yenidən komanda yoldaşı olacaqlar. "Vojdovats" yeni mövsümdə ilk 4 turdan sonra 4 xalla turnir cədvəlində 16 komanda arasında 11-ci yerdə qərarlaşıb. 

 

Xatırladaq ki, Marko ailə səbəblərindən "Sabah"la qalan 1 illik müqaviləsini pozaraq Vətəninə dönməli olub.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB