TOP 10

"Qarabağ" UEFA-nın göstəricilərində liderdi

Futbol
Tarix: 2019-08-18 11:00

UEFA Çempionlar Liqasında təsnifat mərhələlərinin statistikasını açıqlayıb. Sport24.az xəbər verir ki, turnirinIII  təsnifat mərhələsində mübarizəni dayandıran “Qarabağ” öz göstəricisi ilə fərqlənib.

Belə ki, təsnifat mərhələsində ən çox künc zərbəsini Qurban Qurbnaovun komandası yerinə yetirib. “Qarabağ” 39 dəfə künc zərbəsi vurub. 
 

İlk "5-lik"də isə “Qarabağ”dan başq  “Seltik” (Şotlandiya, 38), CFR Kluj (Rumıniya,35), “Srvena Zvezda” (Serbiya, 34) və “Ferençvaroş” (Macarıstan, 31) qərarlaşıb.
 

“Qarabağ” təsnifat mərhələsinin 6 oyununda çərçivəyə 25 zərbə endirib ki, bunlardan 8-i qol olub. Ağdam təmsilçisi "çərçivə"yə gedən zərbələrdə APOEL-lə birgə 7-8-ci yerləri bölüşür, qolların sayına görə isə 8-cidir. “Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir isə ən çox qol ötürməsi edən (3) 9 futbolçudan biridi. 

 
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB