TOP 10

"Linfild" "Qarabağ"ın önünə məğlub çıxacaq

Futbol
Tarix: 2019-08-18 09:22

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Linfild” öz çempionatın da növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, Şimali İrlandiya Premyer Liqasının 3-cü turunda “Kolreyn”i qəbul edən komanda 2:4 hesabı ilə uduzub.

"Linfild”in heyətində Joe Koper (65-cı dəqiqə) və Şayne Laveri (72) fərqlənib.  Rayan Makgivern isə 78-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
 

Onu da bildirək ki, hazırda 3 xalla 8-ci pillədə qərarlaşan "Linfid"  avqustun 22-də “Vindsor Park”da təmsilçimizi qonaq edəcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

 

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB