TOP 10

Sənan Qurbanovun gileyi: "Son nöqtəni qoya bilmədik"

Futbol
Tarix: 2019-08-17 21:23

Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Sumqayıt”a evdə 0:2 məğlub olan “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov matçsonrası mətbuat konfransı keçirib. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, gənc mütəxəssis əvvəlcə oyunu dəyərləndirib.

 

-    İstəməzdik ilk oyunda məğlub olaq. Bütövlükdə oyuna nəzarət etdik. Sadəcə, hücumda son nöqtəni qoya bilmədik. Məşqlərdə etdiyimizin müəyyən hissəsi meydanda gördük. Futbolçulara oyunun nəticəyə görə olmaması mənfi təsir etdi.

 

-    Roman əvəz olunduqdan sonra komandanızda dirilik hiss olundu. Start heyətiylə bağlı səhvə yol verməmişdiniz?
-    Məşqlərdə Roman daha uğurlu idi. Ancaq razılaşıram ki, onu əvəzlədikdən sonra komandamız daha xoş təsir bağışlamağa başladı.

 

-    İkinci mövsümdü “Qəbələ”dəsiniz və hələ də forvard problemi qalır...
-    Bəli, haqlısınız. Təəssüf ki, hər şey edirik, bir tək qol çatmır. Kristianı almışdıq, təəssüf ki, zədələndi. Ülvi İsgəndərova inanırıq, amma görüləsi iş çoxdu.

 

-    Asıf Məmmədov cəzalı, Anar Nəzirov zədəli. Qarşıdakı turda “Qarabağ”la necə olacaq?
Əlimizdəki futbolçularla oynayacağıq. Şans qazanan futbolçular özlərini ən yaxşı tərəfdən göstərməlidirlər.
 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB