TOP 10

Ayxan Abbasovun qələbə şərhi: "İnanmıram ki, Şərifi ulduz xəstəliyinə tutula"

Futbol
Tarix: 2019-08-17 21:20

Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Qəbələ”nin qonağı olan və 2:0 qalib gələn “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov matçsonrası mətbuat konfransı keçirib. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, gənc mütəxəssis əvvəlcə oyunu dəyərləndirib. 

 

-    Çempionatın startı münasibəti ilə bütün futbol ictimaiyyətini təbrik edirəm. İlk oyunda bilirdik bizi hansı anlar gözləyir. Rəqibi həftəboyu təhlil etmişdik. Üstünlüyümüz onda idi ki, “Dinamo”yla oyunlarını təhlil edib futbolçuları məlumatlandırmışdıq. Səhvlərimiz də oldu, yaxşı anlar da. Tam yaxşı oynamadıq. Bu da debüt matçıyla əlaqədardı. Bəzi səhvlər normaldı, çünki gənc futbolçularımız çoxdu. Sevinirik ki, “Sumqayıt” səfərdə ilk dəfə “Qəbələ”ni məğlub etdi.

 

-    Müdafiənin sol cinahında boşluq sezilirdi. Bu, 40-cı dəqiqədən etibarən göründü...

-    Rəqib təzyiqi artırdı. Müəyyən dəyişikliklər etdilər. Biz də çalışdıq buna qarşı müəyyən işlər görək. İkinci hissədə pressinqi gözləyirdik. Belə də oldu. Futbolçularımız oyundan oyuna artıracaq.


-    Komandaya 3-cü qapıçı cəlb etməyi düşünürsünüzmü?
-    Yəqin ki, bir qapıçı götürəcəyik.


-    Mehdi Şərifi vinger kimi alınıb, yoxsa forvard?
-    O, hücum xəttinə alınıb. Universal futbolçudu. Bəzən 3 hücumçuyla oynayırdıq, o da çempionatımıza rəng qata bilər.

 

-    Transfer pəncərəsinin bağlanmasınadək yeni transferlər gözlənilirmi?
-    İstəyirik oyunçu alaq. Ancaq büdcəmizə uyğun hərəkət edirik.

 

-    Aleksey İsayev 7 tur oynadıqdan sonra kölgəyə çəkildi. İndi isə ümumiyyətlə, yerini bilən yoxdu. Mehdi Şərifiylə eyni problemi yaşamayacaqsınız?
-    Hər futbolçunun özünü xarakteri mövcuddu. Mehdi meydanda aqressiv olsa da, qıraqda sakitdi. İnanmıram ki, ulduz xəstəliyinə tutulsun.
 

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB