TOP 10

Cənətovun geyimi "Qəbələ" - "Sumqayıt" matçının gec başlamasına səbəb oldu

Futbol
Tarix: 2019-08-17 19:15

Azərbaycan Premyer Liqasının açılış turunun 2-ci qarşılaşmasında üz-üzə gələn “Qəbələ” – “Sumqayıt” matçı 10 dəqiqə gecikməylə start götürüb. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, buna səbəb qonaq komandanın qapıçısı Mehdi Cənətovun geyimindəki problem olub.

 

Qolkiperin getrlərinin rəngi uyğun gəlmədiyinə görə, baş hakim Rauf Cabbarov fərqli rəngdə geyinilməsini tələb edib. Bu proses də 10 dəqiqəyə həllini tapıb.

 

Beləliklə, görüş planlaşdırıldığı kimi 19:00-da deyil, 19:10-da start götürüb.
 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB