TOP 10

"Zirə" üçün fərqli start, ilk səfər matçı

Futbol
Tarix: 2019-08-17 18:16

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünə start verilib. Sport24.az xəbər verir ki, “Zirə” ilk turda “Səbail”lə görüşəcək. Bu, zirəlilərin ölkə çempionatının yüksək dəstəsində 5-ci startı olacaq.

 

"Zirə" indiyədək Premyer Liqada dörd mövsüm keçirib. Maraqlıdı ki, paytaxt təmsilçisi əvvəlki illərdə çempionata fərqli rəqiblərlə oyunlarla başlayıb. Budəfəki start isə “Səbail”ə qarşı olacaq ki, iki il öncə də 1-ci turdakı rəqib eyni komanda idi. Həmin vaxt rəqibini evdə qəbul edən “Zirə” 2:1 hesabı ilə qalib gəlib. Bütün qolların ilk yarıda vurulduğu matçda zirəlilərdən Milan Duriçlə Riçard Qadze fərqlənib.

 

Lakin bu dəfə meydan sahibi “Səbail” olacaq. “Zirə” ilk dəfə mövsümə rəqib meydanında başlayacaq. 2015-ci AZAL, bir il sonra “Sumqayıt”ı startda qəbul edən komandanın hər iki görüşündə eyni hesab qeydə alınıb. 4 il öncə Viktor İqbekoyinin qolu ilə 1:0 hesablı qələbəyə sevinən futbolçular növbəti mövsüm eyni nəticə ilə məğlub olublar.

 

Düzdü, “Zirə” 2018-19 mövsümünə səfərdə başlamalı idi. Lakin “Qarabağ”la matç təxirə salındığı üçün start “Keşlə”ylə ev qarşılaşmasına təsadüf edib. Mirsayib Abbasovla Pərdis Fərcad-Azadın ilk yarısında qol vurduğu matçın ikinci 45 dəqiqəsində iki top buraxan zirəlilər yekunda 1 xalla kifayətləniblər.

 

Bir sözlə, qəsəbə təmsilçisi startda keçirdiyi 4 oyunun hamısına doğma azarkeşlər önündə çıxıb və 7 xal toplayıb. 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyəti olan komanda bu matçlarda 5 qol vurub, 4-nü buraxıb.

 

“Zirə”nin mövsümdəki ilk oyunları

2015/16

09.08.2015. Zirə - AZAL - 1:0

Viktor İqbekoyi, 5

 

2016/17

06.08.2016. Zirə - Sumqayıt - 0:1

Vaqif Cavadov, 75

 

2017/18

13.08.2017. Zirə - Səbail - 2:1

Milan Duriç, 3; Riçard Qadze, 17 - Vüqar Nadirov, 43

 

2018/19

18.08.2018. Zirə - Keşlə - 2:2

Mirsahib Abbasov, 2; Pərdis Fərcad-Azad,

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB