TOP 10

Ştuxlikdən baş məşqçilərə sərt sözlər: "Gedin, işinizlə məşğul olun"

Futbol
Tarix: 2019-08-17 17:00

AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik Azərbaycan Radiosunda İlkin Babanın qonağı olub. Sport24.az saytının informasiya dəstəyi ilə təqdim olunan verilişdə baş məşqçilərin hakim qərarlarına etirazı ilə bağlı səslənən suala komitə sədri sərt cavab verib: "Əvvəlcə sual verək ki, hakimlərin səhv etdiyini kimlər deyir? Əgər bunu məşqçilər deyirsə, burda başqa bir sual ortaya çıxır. Məşqçilərin özlərinin oyun qaydaları haqqında bilikləri hansı səviyyədədir? Onlar o qədər biliklidir ki, hakimin səhv ya düz qərar verdiyini təyin edə bilir? Mən məşqçilərin seminarlarlarında iştirak etmişəm və şahidi olmuşam ki, onlarda qaydalarla bağlı xeyli boşluqlar var. Onların hələ öyrənəsi çox şey var. Ona görə də qaydaları öyrənsinlər və gedib, işləri ilə məşğul olsunlar. Necə ki, mən gedib heç bir məşqçiyə oyun taktikası ilə bağlı göstərişlər vermirəm, onlar da hakimlərin işinə qarışa bilməz. Odur ki, mənim hakimlərimin işini görməyinə mane olmasınlar, işlərinə müdaxilə etməsinlər".

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB