TOP 10

"Albasete"nin baş məşqçisi: "Eddi İsrafilov hələ adaptasiya olunmayıb"

Futbol
Tarix: 2019-08-17 15:00

İspaniyanın "Albasete" klubunun baş məşqçisi Luis Migel Ramis yay transferlərindən olan Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovdan danışıb. Sport24.az xəbər verir ki, adıçəkilən mütəxəssisin fikrincə, yarımmüdafiəçimizin zamana ehtiyacı var: "Mövsümlərarası fasilə qısa, ancaq çox intensiv oldu. Hər şey yaxşı keçdi və hansı işi gördüyümüzü söyləməliyik. Bunu artlq start görüşündə etmək fikrindəyik. Eddiyə gəlincə, o, hələ adaptasiya olunmayıb və mövsümə hazırlıq mərhələsindədi".

 

"Albasete" İsrafilovu digər Sequnda təmsilçisi "Alkorkon"dan 1 milyon avroya alıb.

 

Xatırladaq ki, bu gün start veriləcək İspaniya II Liqasında ilk turda "Albasete" Bakı vaxtillə 21:00-da evdə "Almeriya"yla görüşəcək. 

 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB