TOP 10

Mahir "Genqam" təklifi haqda danışmaq istəmədi: "Nə sevinməyə, nə də üzülməyə vaxt olur"

Futbol
Tarix: 2019-08-17 10:18

“Qarabağ”ın hücumçusu Mahir Emreli Azərbaycan Premyer Liqasının ilk turunda “Keşlə”ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra müsahibə verib. 22 yaşlı hücumçu Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə əvvəlcə qələbəni şərh edib:

 

- Mövsümün ilk oyunu idi. İlk 15 dəqiqə ərzində futbolçular açılışmamışdı. Bundan sonra qol epizodları yaranmağa başladı. Ancaq rəqibin də qol şansları oldu. Maraqlı oyun oldu. Qol epizodlarımızdan yalnız birini dəyərləndirə bildik.

 

- APOEL-dən aldığınız məğlubiyyət komandaya necə təsir edib?

- Baş məşqçimiz Qurban Qurbanov komandanı bir az motivasiya etdi. Bizim işimiz elədir ki, hər dəfə yeni oyunlara hazırlaşırıq. Ona görə də, nə sevinməyə, nə də üzülməyə vaxt olur. Baş məşqçi də bunu çatdırırdı. Bu gün toparlanıb, qalib gəldik.

 

- “Keşlə” üzərindəki qələbə komandanı ayıldacaq?

- Bu gün “Keşlə”ni düşünürdük. “Keşlə” yox, Avropa Liqasında çıxış edən klub da olsaydı, öz bildiyimiz kimi hazırlıq keçəcəkdik. Artıq bu görüşü unudub, növbəti oyuna hazırlaşmalıyıq.

 

- APOEL-i niyə keçə bilmədiniz? Komandaya nə mane oldu?

- Sadəcə, günümüz deyildi. Rəqibin çox qol epizodu olmadı. Üstün tərəf biz idik. Bəxtimiz gətirmədi.

 

- İspaniya komandalarından sonra Fransanın “Genqam” klubunun səninlə maraqlandığı iddia edilir. Bu transferi düşünürsən?

- Hələ ki, təklif barədə heç nə demək istəmirəm. Qarşıda oyunlar var. Zaman keçdikcə hər şeyi öyrənəcəksiniz.

 

 

MEHMAN SÜLEYMANOV

 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB