TOP 10

Əhmədov transfer dönəminin "Keşlə" üçün artıq bağlandığını açıqladı: "...sarı vərəqənin cəriməsini özüm də cibimdən ödəyərəm"

Futbol
Tarix: 2019-08-16 21:25

“Oyunun əvvəlindən həyəcan hiss olunurdu. “Qarabağ”ın avrokuboklardakı çıxışını hər halda futbolçular izləyib. Bu, bəzi həyəcana səbəb olmuşdu. Ancaq getdikcə o həyəcanı atmağı bacardılar”. Sport24.az  xəbər verir ki, bu sözlər “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədova məxsusdu.

 

Azərbaycan Premyer Liqasının ilk turunda “Qarabağ”ı qəbul edən paytaxt təmsilçisi “Dalğa Arena”nı 0:1 hesablı məğlubiyyətlə tərk edib.

 

Oyunsonrası mətbuat konfransında Əhmədov fikrini bu sözlərlə davam etdirib: “Qırmızı vərəqə bütün planlarımızı pozdu. Bəlkə qırmızı vərəqə olmasaydı da məğlub olardıq. Müdafiəçilər yaxşı təsir bağışladılar, həmçinin Namaşko da. Düzdü, cinahlarda bəzi anlaşılmazlıqlar var idi. Amma komandanın ümumi çıxışı ürəkaçandı”.

 

- Emini cərimələmək fikriniz varmı?

- Kodeks var, buna uyğun addım atılacaq. Görünür, həyatda çox şeyi təkrar etməliyik. Çünki oyunçulara dəfələrlə demişəm. Üzbəüz epizodlardakı kobudluqdan sonra alınan sarı vərəqənin cəriməsini özüm də cibimdən ödəyərəm. Amma bugünkü hərəkət bağışlanılmaz idi.

 

- Hər halda ehtiyatda daha təcrübəli oyunçularınız var idi. Emin Mehdiyevi meydana nə üçün buraxmışdınız?

- Sürətinə görə. Çünki Türkiyə toplanışı zamanı yoxlama görüşlərində özünü yaxşı göstərirdi. Ruslan Qurbanov artıq yorulmuşdu. Onun yerinə Rəşad Sadiqovu meydana buraxa bilməzdim. Çünki Rəşad mərkəz oyunçusudu. Əmircanov uzun müddəti oynamır. Oyundan-oyuna inkişaf etməliyik. Səhvləri təkrarlamamaq baxımından ilk rəqibin “Qarabağ” olması yaxşı oldu.

 

- Komandanın fiziki durumu ürəyinizcədimi?

- Bəzi məqamlarda komandada həddən artıq tez top itkiləri olurdu. Təbii ki, qol epizodu yaratdığımız anlar da oldu. Fiziki durumumuz normaldı. Son 5 dəqiqədə hücuma keçməyimiz buna sübutdu. Komandanın oyundan-oyuna daha yaxşı çıxış edəcəyini əminliklə deyə bilərəm.

 

- Ruslan Qurbanov hətta birinci hissədə yorulmuşdu. Onun hazırlığında nə kimi problem var?

- Ruslanın hazırlıq dönəmində zədələri oldu. Bu gün təcrübəsindən istifadə etmək istədim. Bilirdik ki, 90 dəqiqə çatdıra bilməyəcək. “Çaykur Rizəspor”la görüşdə ümid verdi ki, bu gün əsas heyətdə meydana buraxdıq. Getdikcə Ruslan da yaxşı duruma gələcək. Əslində birinci hissədə dəyişmək istədim. Amma bunun həm komandaya, həm də futbolçuya zərbə olacağını düşündüm.

 

- Qarşınıza qoyulan hədəf nədi?

- Hədəf mükafatçılar sırasına düşmək və Avropa Liqasına vəsiqə qazanmaqdı. Əfran ismayılov da artıq bizimlədi. Əfran hələ hazır deyil. Milli komandanın çıxışından, 4-cü turdan sonra onu meydanda görə bilərsiniz. Bugünkü oyun bizə ümid verdi. İnanıram ki, komandanın qarşıya qoyulan məqsədə çatmağa gücü çatacaq.

 

- Başqa transferlər gözlənilirmi?

- Xeyr. Artıq transfer dönəmi bizim üçün bağlandı.

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB