TOP 10

Qurbanovdan ilk qələbə şərhi və Zubirin transferiylə bağlı açıqlama: "Hazırda məni nəticədən çox oyunçuların sağlamlığı narahat edir"

Futbol
Tarix: 2019-08-16 21:22

“İlk oyunumuz göstərdi ki, çempionata hazır olmalıyıq”. Sport24.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

1:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: “Qarşımızda çox sıx qrafik var. Bu bir ay bizim üçün ən ağır qrafik olacaq. Çünki həm çempionat, həm Avrokubok matçları futbolçular üçün asan olmayacaq. Hazırda məni nəticədən çox oyunçuların sağlamlığı narahat edir. Bu gün bütün diqqətimiz bu oyuna idi. Futbolçularım qalib gəlməyi bacardılar, onları təbrik edrəm. Baxmayaraq ki, psixoloji gərginlik var idi. Düşünürəm ki, vacib qələbə oldu”.

 

- “Linfild”lə oyuna 2 ciddi itki ilə çıxacaqsınız. Bu oyun həmin görüşdə boşluğu doldurmaq üçün nə material verdi?

- Əsas heyət üzvlərinin çoxunu meydana buraxmamışdım. ALOEL-lə son görüşdə həddən artıq çox yorulmuşdular. Riçard və Rahili isə növbəti oyunu buraxacaqları üçün meydana buraxdım. Maksimi bu gün stopper kimi oynatdım, düşünürəm ki, pis alınmadı. Gənc oyunçumuz İsmayılın da ilk oyunu idi. Özünü əsas heyət oyunçusu kimi idarə edə bildi. Limitdə olan futbolçularımız var. İsmayılın qol vurması o demək deyil ki, daim o oynayacaq. Həm oyunçuların hazırlığına, həm də rəqibə baxacağıq.

 

- Mahir Emrelidən sonra bu gün Zubir haqda da transfer xəbərləri çıxıb. Bu, nə dərəcə doğrudu?

- Onunla bağlı heç bir rəsmi məlumat yoxdu.

 

- Düşünmürsünüz ki, çempionatda gənclərlə bağlı limit dəyişdirilməlidi?

- Biz də başda olmaqla çox çətinliklər çəkirik. Fayda verən futbolçular da olur. Amma bu bir həqiqətdi ki, çətinlik çəkirik. Əgər limitdən istifadə edirsənsə, bir mövqeyə 2-3 güclü futbolçu tapmaq çətin olur. Çünki bunun zədələnməsi, vərəqə alması var. Bəzən birini əvəzləyərkən iki dəyişiklik etməli oluruq. Əlavə güc sərf edirik.

 

- “Linfild”i analiz etmək imkanınız olub?

- Təxmini baxmışam. Sabahdan daha ciddi təhlil edəcəyik.

 

- Ötən mövsümün autsayderinin bugünkü çıxışını necə dəyərləndirərdiniz?

- Qol epizodları yaratdıqlarını siz də gördünüz. Ruslan Qurbanovu, Meza Kollini komandaya cəlb etmələri onların xeyrinədi. Həm təcrübəli, həm də nəticə verən oyunçuları var. Düşünürəm ki, pis transferlər etməyiblər.

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB