TOP 10

İlk qırmızı vərəqə alan olmaq üçün 5 dəqiqə oynamaq lazım gəldi

Futbol
Tarix: 2019-08-16 20:42

Azərbaycan Premyer Liqasında yeni mövsümdə ilk qırmızı vərəqə qeydə alınıb. Sport24.az xəbər verir ki, bu, açılış matçında - "Keşlə" - "Qarabağ" görüşündə reallaşıb.

 

Özü də meydansa qovyulan "Keşlə"nin futbolçusu Emin Mehtiyevə 2 sarı vərəqə almaq üçn cəmi 5 dəqiqə yetərli olub. Əvvəlcə simulyasiyaya görə baş hakim Orxan Məmmədovun sarı vərəqə göstərdiyi Emin 74-cü dəqiqədə bilərəkdən əllə oyuna görə qırmızı vəqəqə alıb.

 

Özü də bu, sonradan meydana çıxan sol cinah yarımmüdafiəçisinin "Keşlə"də rəsmi debütü, Premyer Liqasına uzun fasilədən sonra dönüşündə gerçəkləşib. O, qış fasiləsində hazırkı klubuna gəlsə də, sifariş oluna bilməmişdi.

 

Qeyd edək  ki, "Qarabağ" rəqib azlıqda qalandan cəmi 4 dəqiqə sonra hesabı açıb. 

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB