TOP 10

Premyer Liqamızda yeni hakim

Futbol
Tarix: 2019-08-16 19:11

Azərbaycan Premyer Liqasında yeni mövsümdə yeni hakim debüt edəcək. Sport24.az xəbər verir ki, bu haqda AFFA Hakimlər Departamentinin rəhbəri Fritz Ştuxlik Azərbaycan Radiosu 105 FM-in "Extra Time" layihəsində məlumat verib.

 

O, həmin gənc referinin Elçin Məsiyev olduğunu bildirib. Avstriyalı komitə rəhbəri bu gün startı verilən yeni çrmpionatda yeganə debütantın həmin hakim olacağını söyləyib.

 

Qeyd edək ki, ötən mövsüm Premyer Liqamzıda ehtiyat hakim olan Məsiyev I Divizionda idarəçilik edib. 

 

 

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB