TOP 10

Milli futbolçu intihar etdi

Futbol
Tarix: 2019-08-16 15:49

Uelsin gənclərdən ibarət milli komandasının futbolçusu Coel Darlinqton intihar edib. Sport24.az xəbər verir ki, buna səbəb davamlı zədələr olub.

 

20 yaşlı oyunçunun cəsədini anası və qardaşı qarajda tapıblar. Darlinqtonun onurğa zədəsi üzündən müntəzəm bel ağrısından şikayətləndiyi, müaliəcə proseslərinin heç bir fayda vermədiyi bildirilir.

 

Üstəlik, gənc oyunçu əli sındığı üçün İngiltərənin “Mançester Yunayted” klubuna baxışa yollanmaq şansını qaçırıb. Bundan depressiyaya düşən Darlinqton canına qıymayıb.

 

Qeyd edək ki,  Darlinqton Vətənində “Bala Taun” klubunun formasını geyinirdi.

 

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB