TOP 10

Mütəxəssis fikri: ilk turdan nə gözləyək?

Futbol
Tarix: 2019-08-16 15:11

Bu gün Azərbaycan Premyer Liqasının ilk turu start götürür. Sport24.az-ın “Mütəxəssis fikri” rubrikasının budəfəki qonağı Elxan Abdullayev açılış turu barədə fikirlərini bölüşdü.

 

KEŞLƏ - QARABAĞ

“Qarabağ” bu matçın favoritidi. Ağdamlıların zəngin təcrübəsi var. Elə oyunçuların fərdi keyfiyyəti də çox şeydən xəbər verir. APOEL-lə oyun təsir edə bilərmi? Bundan başlayaq ki, “Keşlə” APOEL deyil. O ki qaldı məğlubiyyətin  psixoloji təsirinə, “Qarabağ”da peşəkarlar toplaşıb və həmin matçı unutmalıdırlar. İlk oyunlar həmişə çətin keçsə də, favoritim “Qarabağ”dı.

 

QƏBƏLƏ - SUMQAYIT

Bu oyunla bağlı proqnoz verməkdə çətinlik çəkirəm. Çünki hər iki komandanın heyətində xeyli dəyişikliklər olub. “Sumqayıt”ı Kubokun finalında sonra ümumiyyətlə, iş başında görməmişəm. “Qəbələ”ni də ancaq Avroliqanın iki oyununda olduqca maraqlı futbol sərgiləyən rəqiblə 2 matçda izləmişəm. Ona görə də qəti fikir bildirmək olmur. Meydan sahiblərinin heyətində nəzərəçarpacaq dəyişikliklər baş verib. Yeni futbolçular komandaya uyğunlaşmalıdırlar, amma bu, vaxt aparacaq. 

 

SƏBAİL - ZİRƏ

Bu oyunda istənilən nəticə qeydə alına bilər. Bəli, “Səbail”in heyəti daha balanslaşmış gəlir mənə. Elə ötən çempionatı da 3-cu yerdə bitiriblər. Ancaq ilk turda istənilən komanda istənilən nəticəni göstərə bilər. Daha dolğun danışmaq üçün 5-6 tura ehtiyac var.

 

NEFTÇİ - SABAH 

Maraqlı oyun olacaq. “Sabah” ambisiyalı kollektiv formalaşdırıb. Hiss olunur ki, yüksək yerlər uğrunda mübarizə aparmaq fikrindədirlər. Zənnimcə, özlərini sübut etmək üçün ilk turdan dəridən-qabıqdan çıxacaqlar. “Neftçi”yə gəlincə, “Bney Yehuda”dan alınan məğlubiyyətdən sonra özlərinə gəlmək bir qədər çətin olacaq. Ancaq buna baxmayaraq, hesab edirəm ki, oyunçuların fərdi bacarığına görə “ağ-qaralar” yalnız “Qarabağ”dan geri qalırlar. Üstəlik, “Sabah”dan Deviç də gedib, komandanın əsas qoleadoru. Bəli, yuxarıda qeyd etdiyim kimi, ilk turda istənilən nəticə qeydə alına bilər. Ancaq yenə də “Neftçi”ni daha şanslı görürəm.

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB