TOP 10

Tərlan Əhmədov: “Bəlkə də bu cür rəqiblə başlamaq daha yaxşıdı”

Futbol
Tarix: 2019-08-16 13:14

Bu gün Azərbaycan Premyer Liqası “Keşlə” - “Qarabağ” matçıyla start götürür. Çempiona qarşı ciddi sınağa çıxacaq “qırmızılar”ın baş məşqçisi Tərlan Əhmədov Sport24.az-a verdiyi müsahibədə komandasının hazırlığı, bugünkü görüş, habelə “Qarabağ”ın Çempionlar Liqasıyla vidalasmasının ilk tura təsiri barədə danışdı.

 

- Hazırlığımız ən yüksək səviyyədə keçdi. Bakıda iki, Türkiyə toplanışında isə 3 yoxlama oyunu keçirdik. Hər şey hazırlıq planımıza uyğun oldu. Hesab edirəm ki, toplanışlarımız qənaətbəxş idi. Bağban işinin bəhrəsini yetişdirdiyi bardan, məşqçi isə hazırlığın səviyyəsini rəsmi oyunlardan götürür. Hesab edirəm ki, “Keşlə” çempionata hazırdı.

 

- Püşkdən necə, razı qalmısınız? Hər halda debütdəcəQarabağgəlir...
- Bəlkə də elə bu cür rəqiblə başlamaq daha yaxşıdı. Onsuz da çempionatda bütün komandalarla qarşılaşmalısan. Ümumilikdə isə ilk turda rəqibini tanıya bilmirsən. Çünki hər birində yeni futbolçular var, yeni sxem tətbiq edə bilərlər. Premyer Liqamızda bütün komandalar güclüdü, bu səbəbdən də rəqibləri fərələndirməzdim. Əvvəl-axır hamıyla oynamalıyıq, bütün düşüncələrim öz komandamın yanındadı.

 

- Maraqlı bir faktı xatırlatmaq istəyərdik. “Keşləninsükanı arxasında debüt matçınızQarabağa qarşı oldu...
- Elədir ki, var. Yaxşı yadımdadır, təxirə salınmış oyun idi, 1:1 başa çatdı. Qismət belə imiş, Allah belə nəsib edib. Buna da həvəslə, istəklə yanaşmaq lazımdı.

 

- Çempionlar Liqasında APOEL-dən alınan məğlubiyyətQarabağa çempionatın start turunda psixoloji təsir göstərə bilərmi?
- Belə şeylərə ümumiyyətlə, fikir vermirəm. Bütün diqqətimi komandamın oyununa, hazırlığına yönəldirəm. “Keşlə” futbolçularının daha istəkli, daha aqressiv olması mənim üçün ön plandadır. Sualınıza gəlincə, inanmıram ki, həmin məğlubiyyət ağdamlılara hansısa mənfi təsir göstərsin. Hər turnirin özünun hazırlıq proqramı var. Düşünmürəm ki, hansısa təsiri olsun, çünki “Qarabag” zəngin təcrübəyə malikdir və belə hallarla dəfələrlə üzləşib. Açılış oyunundan gözəl, məzmunlu bir qarşılaşma gözləyirəm.

 

- Oyun məlum səbəblərdənDalğa Arenada baş tutacaq. Təbii örtüklü meydanda oynamaq komandanıza mənfi təsir gostərməyəcək?
- İnanmıram ki, bunun hansısa təsiri olsun. Futbolçu peşəkardırsa, onun üçün örtüyun fərqi olmamalıdı. Əlbəttə, hər bir komanda kimi, biz də istəyərik öz meydanımızda oynayaq. Ancaq stadionunda örtük dəyişdirilir və buna uyğun da işimizi qurmalıyıq. Fikrimizi harda oynamağa yox, gözəl oynamaq üçün hər şey etməyə yönəltməliyik.

 

CEYHUN ƏLİYEV

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB