TOP 10

Zubirə elçilər gəlib

Futbol
Tarix: 2019-08-16 11:16

Fransa Liqa-2-sində mübarizə aparan “Genqam” “Qarabağ”ın cinah yarımmüdafiəçisi Abdellah Zubiri transfer etmək istəyir. Sport24.az “Telegram”a istinadən xəbər verir ki, “transfer pəncərəsi”nin sonunda sözügedən futbolçunun elçiləri paytaxtımıza gəlib.

 

Fransalı həmkarlarımızın fikrincə, “Genqam”ın ən zəif mövqeyi məhz cinah hücumundadı. Bu səbəbdən də klubun iki rəsmisi – prezident Bertran Desplat və meneceri Stefan Karno hazırda Bakıdadırlar. Onlar “Qarabağ”la futbolçunun transfer məbləğini və digər məsəsləri həll etmək üçün paytaxtımıza gəliblər.

 

Qeyd edək ki, Zubir “Qarabağ”a Fransanın digər təmsilçisi – “Lans”dan keçib.
 

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB