TOP 10

Petrov günahkarları göstərdi: “Bu cür futbolla Avroliqanın pley-offuna çıxmırlar”

Futbol
Tarix: 2019-08-16 14:00

“Fikrimcə, ilk oyundakı səhvi təkrarladıq. Oyuna düzgün başlamamışdıq, tələskənliyə yol verdik. Uşaq səhvlərindən qapımızda 2 qol gördük. Növbəti mərhələyə yüksəlməyə layiq deyildik. Bu cür futbolla Avroliqanın pley-offuna çıxmırlar”. Bunu Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında “Bney Yehuda”ya səfərdə 1:2 məğlub olan “Neftçi”nin müdafiəçisi Kirilo Petrov Sport24.az-ın İsrailə ezam olunmuş əməkdaşına verdiyi müsahibədə bildirib.

 

Ukraynalı futbolçu məğlubiyyətin səbəblərinə də toxunub: “Rəqib müdafiədən oynayırdı. Yəqin bu üslubda oynayan komandaları yarmaq üçün nələrisə hələ öyrənməliyik. Çünki çempionatda da yəqin ki, əksər rəqiblərimiz bizə qarşı müdafiədən oynayacaqlar. Bu məğlubiyyəti ən qısa zamanda unudub irəliyə, çempionat oyunlarına köklənməliyik”.

 

Petrov günahkarları da göstərməkdən çəkinmədi: “Bakıdakı görüşdən sonra baş məşqçi hər şeyi təhlil etdi, bizə başa saldı. Ancaq biz düzgün oynamadıq. Meydanda biz idik, məşqçi yox, günah da futbolçulardadı”.

 

Aldığı zədəyə dair fikirlərini zarafatla bölüşən Kirilo çempionat oyunlarına hazır olacaqlarını dilə gətirdi: “Zədə? Dəmir sınmır (gülümsəyir). Çempionata mənəvi cəhətdən hazır olmalıyıq, olacağıq da. İki il əvvəl bürünc medal qazandıq, ötən mövsüm gümüş gəldi, deməli, qızıl medalın zamanı yetişib”.

 

MEHMAN SÜLEYMANOV, Təl-Əviv

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB