TOP 10

Mahmudovdan səmimi etiraf: “Bütün komanda yatmışdı”

Futbol
Tarix: 2019-08-16 12:30

Ötən axşam “Bney Yehuda” ilə görüşdə 1:2 hesablı məğlubiyyət alan “Neftçi” Avropa Liqasıyla vidalaşdı. Qarşılaşmadan sonra “ağ-qaralar”ın kapitanı Emin Mahmudov Sport24.az-ın Təl-Əvivə ezam olunmuş əməkdaşının suallarını cavablandırdı.

 

- İlk növbədə azarkeşlərimizdən üzr istəyirəm. Çünki onlar bizi Bakıda da, burda da sonadək dəstəkləyirdilər. Oyuna gəlincə, bütün mübarizələri uduzduq. Uşaq səhvlərindən qollar buraxdıq, ön xətdə heç nə yarada bilmədik. Bu cür futbolla mərhələni keçməyi haqq etməmişdik.


- Amma əvvəlki mərhələlərdə belə deyildiNeftçi”. dəyişdi?
- Yəqin psixologiyamız belədir ki, bir uğurlu oyundan sonra göylərə qalxırıq.


- Bu məğlubiyyətdən sonra çempionatda özünüzə necə gələcəksiniz?
- Mütləq özümüzə gəlməliyik. Çünki məğlubiyyəti həzm etməyə vaxtımız da yoxdu. Ötən mövsüm böyük xal fərqi yaratsaq da, qış fasiləsindən sonra “Qarabağ” demək olar bütün oyunlarda qələbə qazanıb çempion oldu. Ümumiyyətlə, çempionatda hər oyuna tam məsuliyyətlə çıxmalıyıq. Nəhayət, mübarizə aparmalıyıq, meydanda gəzişməməliyik.

 

- Səncə, bu məğlubiyyətdə əsas səbəb TulaArsenalı üzərində qələbələrdən sonra arxayınlığın yaranmasıdı?
- Bilmirəm problem nədədir. Bəlkə qeyd etdiyiniz məqamın da rolu var. İki qol buraxdıqdan sonra ayılırıq və mübarizə aparmağa başlayırıq. Döyüşə ilk dəqiqədən başlamaq lazımdı.

 

- Yarımmüdafiənin mərkəzində tək qalmışdın: Mustivar sənə dəstək olurdu, Kane. Elə cinahlar dafil qulağında yatmışdı. Rauf da topsuz idi. Axı, ilk oyunun birinci 45 dəqiqəsindən dərs çıxarmaq olardı. Ancaq İsraildə analoji ilk 45 dəqiqə izlədik.
- Tək cinahlar yox, bütün komanda yatmışdı. Özü də bu iki oyunda bənzər yalnız ilk 45 dəqiqələr yox, hər iki 90 dəqiqə oldu. Bəli, ilk matçdan sonra baş məşqçimiz bizə nə etməli, necə etməli olduğumuzu izah etmişdi. Təəssüf ki, onun dediklərinin heç birini yerinə yetirmədik.

 

MEHMAN SÜLEYMANOV, Təl-Əviv

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB