TOP 10

Bordin üçün ilk belə aqibət, Və ya "Neftçi" üçün zəif təsəlli

Futbol
Tarix: 2019-08-16 14:38

"Neftçi" italiyalı baş məşqçisi Roberto Bordinin vaxtında ilk dəfə avrokuboklarda mərhələni qələbəsiz başa vrub. Sport24.az xəbər verir ki, Bakı təmsilçisi italiyalı mütəxəssislə debüt mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanda "Uypeşt" klubuna 0:4 hesabıyla mübarizədən kənar qalsa da, Bakıdakı ilk matçı 3:1 hesablı qələbəylə başa vurmuşdu.

 

Ancaq bu dəfə həmin turnirin III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubunu heç bir görüşdə məğlub etmək mümkün olmadı - evdə 2:2, səfərdə 1:2. Halbuki, Bordinli "Neftçi" əvəvlki 4 matçın hamısını qol buraxmadan qalib başa vurmuşdu. 

 

"Neftçi" sonuncu dəfə qələbəsiz mərhələ aqibətiylə 2016/17 mövsümündə mübarizəni dayandırarkən üzləşib. Belə ki, Vəli Qaslmovun baş məşqçisi olduğu komanda Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyanın "Şkendiya" klubuna qol da vura bilməmişdi - evdə 0:0, səfərdə 0:1.

 

Flaqman onunla təsəlli tapa bilər ki, evdəki məğlubiyytətsiz seriyası qırılmayıb və bu, ən azı daha 1 il belə qalacaq. Məlumdur ki, digər 3 təmsilçimiz - Çempionlar Liqasında "Qarabağ", Avropa Liqasında "Səbail"lə "Qəbələ" öz meydanlarında uduzublar. "Neftçi"nin evdə son məğlubiyyəti isə məhz haqqında söz açdığımız 2 il əvvəlki mövsümə gedir. Onda Vəli Qasımovun komandası I təsnifat mərhələsində Maltanın "Baltsan" klubuna "Bakcell Arena"da cavab görüşündə 1:2 hesabıyla uduzsa da, səfərdə 2:0 hesablı mərhələ keçməyə imkan vermişdi. 

 

 

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB