TOP 10

Bombardirlərimiz bir-bir gedir...

Futbol
Tarix: 2019-08-16 13:00

"Neftçi"nin kapitanı Emin Mahmudov avrokuboklarda bu mövsüm 3-cü qolunu vurub. Sport24.az xəbər verir ki, millimizin də üzvü olan 27 yaşlı yarımmüdafiəçi yenə penaltidən fərqlənib.

 

Ancaq onun Avropa Liqasının III təsnifat mərhələsində İsrailin"Bney Yehuda" klubuyla səfər matçında 90+3-cü dəqiqədə 11 metrlik cərimə zərbəsindən vurduğu qol yalnız təsəlli xarakteri daşıyıb. Çünki 1:2 hesabıyla uduzan komandası avrokuboklarda çıxışını dayandırıb.

 

"Neftçi"nin ştatlı penaıti vuranı olan Emin bunadək I təsnifat mərhələsində Moldovanın "Sperantsa" klubunu hər iki görüşdə ilk hissədə belə cəzalandırmışdı. Mahmudovun komandası II təsnifat mərhələsində Rusiyanın "Arsenal" klubuyla ev matçında da  penaltidən qola imza atmışdı. Sadəcə, onda Emin zədəyə görə artıq əvəzləndiyindən bunu braziliyalı komanda yoldaşı Dario Frederiko qola çevirmişdi.

 

Dariodan söz düşmükən, o da cari mövsümdə 3 qolla avrokuboklarda bombardirlər siyahısında liderliyi bölüşdürür. Daha 3 dəfə fərqlənən Ağabala Ramazanov da komandası - "Səbail" avrokuboklarda çıxışını dayandırdığından qol sayını artıra bilməyəcək.

 

Məlumdu ki, avrokuboklarda qalan yeganə təmsilçimiz "Qarabağ"dı və çıxışını Avropa Liqasının pley-off mərhələsində sürdürəcək. Bu komandada Mahir Emreliylə ispan komanda yoldaşı Xayme Romero hərəyə 2 qolla bombardirdilər. Yəni, bu futbolçuların qol sayını artıraraq hətta liderliyi ələ keçirmək imkanları var.

 

Xatırladaq ki, ölkəmizə gələnədək karyerası Rusiyaya bağlı olan Mahmudov avrokuboklarda qol hesabını məhz Roberto Bordinin baş məşqçiliyi vaxtında "Neftçi"də açaraq avrokuboklarda ümumilikdə 4 dəfə rəqib qapısına yol tapıb. . 

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB