TOP 10

"Bney Yehuda" "Neftçi"nin 2 seriyasını qırdı

Futbol
Tarix: 2019-08-16 16:15

Azərbaycanın avrokuboklarda cari mövsümkü təmsilçilərindən uduzmayan qalmadı. Sport24.az xəbər verir ki, sonuncu məğlubiyyətsiz seriyası qırılan "Neftçi" olub. 

 

Roberto Bordinin komandası Avropa Liqasında cari mövsümdə ilk məğlubiyyətini İsraildə alıb. Turnirin III təsnifat mərhələsinin cavab matçı çərçivəsində "Bney Yehuda"nın qonağı olan "Neftçi" 1:2 hesabıyla yenilib. Bu, təmsilçimizə turnirdə çıxışını dayandıraraq avrokuboklarda vidalaşmaq bahasına başa gəlib.

 

"Neftçi" bu mövsüm əvvəlki 5 matçında ilk 4-nü qol buraxmadan qələbəylə başa vurmuşdu. Bunlar Moldova "Sperantsa"sı (səfərdə 3:0, evdə 6:0) və Rusiya "Arsenal"ıyla (səfərdə 1:0, evdə 3:0) görüşlər olub. Roberto Bordinin yetirmələrinin qələbə seriyasını da məhz israillilər qırmışdı - Bakıda 2:2. Özü də "Neftçi" son saniyələrdə vurduğu qolla məğlubiyyətdən qaça bila bilmişdi. Göründüyü kimi, "Bney Yehuda" "Neftçi"nin əvvəlcə qələbə, sonra isə məğlubiyyətsiz seriyasını dayandıraraq ümumiyyətlə, mübarizədən kənar qoydu.

 

Avrokuboklarda qalan yeganə təsmilçimiz "Qarabağ"ın da məğlubiyyətsiz seriyası 6-cı matçında qırıldı. Bu, Kiprin APOEL klubuna Bakıda 0:2 hesablı məğlubiyyətlə gerçəkləşdi. Ancaq Ağdam klubu Çempionlar Liqasında çıxış etdiyindən mübarizəni Avropa Liqasında sürdürmək hüququndan istifadə edəcək. Onu da bildirək ki, Qurban Qurbanovun komandası əvvəlki 6 görüşdən 3-də qalib gəlib, 2-də heç-heçə edib. Avrokuboklarda bunadək mübarizəni dayandıran digər təmsilçilərimiz - "Səbail"lə "Qəbələ" hər 2 matçında uduzdular. 

 

Xatırladaq ki, "Neftçi"nin avrokuboklarda son məğlubiyyəti də məhz Bordinlə məhz Avropa Liqasında olmuşdu. Macarıstanda "Uypeşt"ə 0:4 hesablı yenilgi italiyalı mütəxəssisin hazırkı komandasında ilk məğlubiyyəti idi. 

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB