TOP 10

“Neftçi”nin müdafiəsi zəif deyildi, sadəcə...” - “Bney Yehuda”nın futbolçusu

Futbol
Tarix: 2019-08-16 00:24

“Bney Yehuda”nın futbolçusu Məhəmməd Qədir “Neftçi”yə qalib gəldikləri (2:1) Avropa Liqasının III təsnifat mərhələsininin cavab matçından sonra sport24-az saytının bu matça ezam olunmuş əməkdaşının suallarını cavablandırdı...


- Matçla bağlı fikirləriniz...
- Bizim üçün çox yaxşıdı. Bilirsiz, matçdan öncə heç kim fikirləşmirdi ki, biz qələbə qazanacağıq. Ancaq biz yaxşı nəticə qazandıq. Əks-hücumlarda yaxşı oynadıq. Nəticəyə görə xoşbəxtik.


- Buna qədər qol buraxmayan “Neftçi”ni hər iki matçda 2 dəfə məyus etdiz. Müdafiə belə zəif idi?
- Xeyr. Onlar çox yaxşı idilər. Baş məşqçimiz bizə çoxlu videolar göstərmişdi. Komanda olaraq çox yaxşı hazırlaşmışdıq. Sadəcə, rəqibin zəif cəhətlərini bilirdik. Qələbə qazandığımıza görə çox sevincliyik.


- Bu qələbədə əsas pay sahibi olduğunu düşünmürsən ki? “Neftçi” iki matçda səni dayandıra bilmədi...
-  Burda olduğuma görə xoşbəxtəm. Ən yaxşı oyunumu göstərməyə davam edəcəm.


- Özünü bu komandada necə hiss edirsən?
- Əla hiss edirəm. Çox gənc komandamız var. Hamı uğur üçün acdı. Komandamız ilə qürur duyuram.


- “Neftçi”nin heyətində hansı futbolçunu qeydə edə bilərsən?
- Məncə, hamı yaxşı idi. Əgər birini seçməliyəmsə 8 nömrəli oyunçunu, kapitanı qeyd edərdim (Emin Mahmudovu nəzərdə tutur – red.). Çox yaxşı futbolçudu. Həmçinin 28 nömrəli oyunçunu vurğulamaq istərdim (Stiven Jozef-Monroz – red.).


- Qrupa düşmək şansınızı necə görürsən?
- Biz buna inanırıq. “Malmö” ilə sınağımız olacaq. Biz ən yaxşı oyunumuzu keçirməyə hazırıq.

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB