TOP 10

“Roma”dan Cengiz Ündərlə yeni müqavilə

Dünya Futbolu
Tarix: 2019-08-16 10:39

İtaliyanın “Roma” klubu türkiyəli yarımmüdafiəçisi Cengiz Ündərlə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 


“Canavarlar”ın Türkiyə millisinin üzvü ilə yeni müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq. 22 yaşlı futbolçunun əvvəlki müqaviləsinin müddəti 2022-ci ilə qədər idi.


İtaliya mətbuatının yazdığına görə, əvvəlki müqaviləyə əsasən ilinə 1 milyon avro qazanan Cengiz, bundan sonra 2 milyon avro gəlir əldə edəcək. “Roma” onun sərbəst qalma məbləğini isə 60 milyon avro olaraq müəyyənləşdirib.


Türkiyə yığmasında 19 oyuna 6 qola imza atmış Ündər, “Altınordu”nun yetirməsidi. O, 2016/17 mövsümünü “Başakşəhər”də keçirdikdən sonra “Roma”ya transfer olunmuşdu. Türkiyəli futbolçu bu komandada indiyə qədər 65 oyuna çıxıb, 14 qola imza atıb.

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB