TOP 10

“Neftçi” Avropa Liqası ilə vidalaşdı

Futbol
Tarix: 2019-08-15 22:49

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi” də növbəti oyununa çıxıb. 
 

Roberto Bordinin rəhbərlik etdiyi kollektiv İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşıb. Petah Tikvadakı “Ha Moshava” stadionunda keçirilən qarşılaşmaya saat 21:00-da start verilib. Komandalar arasında Bakıda baş tutan görüşdə qalib müəyyənləşməmişdi – 2:2. Cavab görüşündə isə Azərbaycan təmsilçisi məğlub olaraq Avroliqa ilə vidalaşıb.


“Neftçi” “Bney Yehuda” səddini keçsəydi, Avropa Liqasının pley-off mərhələsində “Malmö” (İsveç) – “Jirinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaqdı. Bu komandalar arasındakı ilk oyunda “Malmö” 3:0 hesablı qələbə qazanmışdı.


Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu

15 avqust


Bney Yehuda - Neftçi 2:1
Qol: D.Jan, 14. T.Saqas, 66 - E.Mahmudov, 90+3-pen.
Baş hakim: Daniele Doveri (İtaliya).
İlk oyun – 2:2.


Bney Yehuda: 1. Emiliyus Zubas, 3. Dan Mori (k), 5. Daniel Feltser, 6. Amir Rustom, 8. Şey Mazor, 9. Dor Jan, 11. Məhəmməd Qadir, 16. Avişay Kohen, 19. Vafuqossani İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi.
Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 2. Dor  Elo, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Roey Ben Şimon, 77. Şemor Tsaadon.
Baş məşqçi: Yosef Abuksis.
Neftçi: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov.
Baş məşqçi: Roberto Bordin.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB