TOP 10

Avropanın superi – “Liverpul”!

Dünya Futbolu
Tarix: 2019-08-15 01:51

Futbol üzrə UEFA Super Kubokunun qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki “Vodafone Park”da keçirilən görüşdə İngiltərənin iki təmsilçisi – “Liverpul” və “Çelsi” klubları üz-üzə gəlib.
 

“Liverpul” ötən mövsüm Çempionlar Liqasının finalında “Tottenhem”i 2:0 hesabıyla məğlub etmişdisə, “Çelsi” Avropa Liqasının həlledici oyununda “Arsenal”dan üstün olmuşdu – 4:1.


Bu oyuna gəlincə, əsas vaxt 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda da bərabərlik qeydə alınıb – 2:2. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Liverpul” növbəti tituluna yiyələnib. 


“Qırmızılar” 4-cü dəfə UEFA Super Kubokunu qazanıblar.


UEFA Super Kuboku
14 avqust


Liverpul - Çelsi 2:2 (penaltilər 5:4)
Qol: Sadio Mane, 48; 95 – Olivye Jiru, 36. Jorjinyo, 101-pen.
Baş hakim: Stefani Frappar (Fransa).
Türkiyə, İstanbul, “Vodafone Park Arena”.

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB