TOP 10

Bordin "Bney Yehuda"nın ilk oyundan sonra üstünlüyünü cüzi sayır: "İnanıram ki, bu dəfə qarşıda duran vəzifənin öhdəsindən gələ biləcəyik"

Futbol
Tarix: 2019-08-14 20:50

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubuyla cavab görüşü öncəsi mətbuat konfransı keçirib. Sport24.az-ın Təl-Əvivə ezam olunmuş əməkdaşı xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə sabahkı qarşılaşma haqda danışıb. 

 

- Sabah bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Çünki "Bney Yehuda" yaxşı hazırlıqlı komandadı. İlk matçda rəqibin yaxşı bağlandığının şahidi olduq. Meydanda mövqelərini yaxşı seçirdilər. Rəqib fərdi keyfiyyətlərə malik futbolçularıyla yaxşı əks-hücumlar qurmağa çalışır. Əlbəttə, onların cüzi üstünlüyü var. Düşünürəm ki, fərqli taktika ilə bizə qarşı çıxacaqlar. Hesab edirəm ki, bizi sabah maraqlı görüş gözləyir. 

 

- İlk oyunda rəqib sizi nə dərəcədə təəccübləndirdi?

- "Bney Yehuda" bütün heyətlə müdafiəyə çəkilir, əks-hücumlarla qol vurmağa çalışır. Bizimlə görüşdə də belə oldu. Məncə, sabah da bizə qarşı eyni üslubda oynayacaqlar. 

 

- Komandanızın ilk matçdan sonra psixoloji durumu necədi? O mənada ki, "Neftçi" evdə qalib gələ bilməsə də, 0:2 hesabda geridə olduğu qarşılaşmanı 2:2-yə çevirdi...

- Matçın əvvəlində iki qol buraxsaq da, yaxşı reaksiya verdik. Komandamız özünə inandı, xarakter göstərdi. İnanıram ki, bu dəfə qarşıda duran vəzifənin öhdəsindən gələ biləcəyik. 

 

- Rəqibin əks-hücumlarının təhlükəli olduğu göründü. Onda yarımmüdafiənin mərkəzində yaradıcı futbolçular idi. Bu dəfə dağıdıcı yarımmüdafiəçiləri meydançaya buraxmağı düşünürsünüz?

- Deməzdm ki, ortada elə də çox problemimiz oldu. Çalışırdıq ki, çoxlu futbolçuyla hücum edək. Rəqib də boşluqlarımızdan istifadə edərək bizə qollar vurdu. Meydançada kimliyindən asılı olmayaraq topa yaxın futbolçu təzyiq etməyə çalışmalıdı. Əsas taktika deyil, istəkdi, oyuna yanaşmadı. Sadəcə, bir oyun qalıb və sonadək vuruşmaq lazımdı. 

 

- İlk oyunla müqayisədə əsas heyətdə dəyişikliyi zəruri sayırsınız? Və ən əsası, bombardiriniz Baqali Dabo ilk dəqiqələrdən meydana çıxmağa hazırdımı?

- Dabo 3 aylıq fasilədn sonra komandayla həftəboyu məşq edib, yaxşı da çalışıb. Əlbəttə, hazırkı vəziyyətdə demək çətindi kim sabah ilk dəqiqələrdən oynayacaq. 

 

- Rəqib Bakıda 9-10 nəfərlə müdafiə olunmuşdu, indisə 2:2-dən sonra bütün komandayla müdafiə olunacaq. Bu güclü müdafiəni yarmaq üçün sürprizlər hazırlamısınız?

- Hələ bir məşqimiz də var. Düzdü qeyd etdiniz ki, rəqib daha qapalı oynacaq. Çalışacaqlar ki, hesabdakı üstünlklərini qoruyub saxlasınlar. Ona görə bizə çətin olacaq. 

 

 

 

MEHMAN SÜLEYMANOV, Təl-Əviv

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB