TOP 10

Kapitan "Neftçi"ni dayandırmaq haqda düşünür: "Fikirləşsək ki, ilk oyundan sonda hesabda üstünlüyümüz var, bu, lehimizə olmayacaq"

Futbol
Tarix: 2019-08-14 19:14

"Bney Yehuda"nın kapitanı Dan More Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ylə sabahkı cavab qarşılaşması öncəsi fikirlərini açıqlayıb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında təmsilçimizin hücum xəttinə qiymət verib: "Onsuz də rəqibin gücünə, hücum xəttinə bələd idik. İndi də "Neftçi" haqda xoş sözlər deyə bilərəm. Bu, təkcə hücum xəttinə yox, bütün komandanın oyununa aiddi. Rəqibi dayandırmaq üçün sabah əlimizdən gələni edəcəyik. Futbolda psixoloji hazırlıq önəmlidi. Ancaq fikirləşsək ju, ilk oyundan sonda hesabda üstünlüyümüz var, bu, lehimizə olmayacaq. Sabahkı oyun haqda tam fikirləşirik. Bilirik ki, yaxşı komandayla yenidən qarşılaşacağıq".

 

Xatırladaq ki, israillilər Bakıdan 2:2 hesablı bərabərliklə qayıdıb. 

 

 

 

MEHMAN SÜLEYMANOV, Tel-Əviv

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB