TOP 10

“Sevilya”dan 20 milyonluq transfer

Dünya Futbolu
Tarix: 2019-08-14 17:59

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, La Liqa təmsilçisi “Monako”dan Roni Lopesi transfer edib. 


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.


“Sevilya” Roni üçün “Monako”ya 20 milyon avro təzminat ödəyib. “Benfika”nın yetirməsi olan yarımmüdafiəçi, iki dəfə də Portuqaliya millisinin formasını geyinib.

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB