TOP 10

Mahir Merkisin nağılına aydınlıq gətirdi: “Azarkeşləri qarşısında xal qazanmaq üçün uydurub”

Futbol
Tarix: 2019-08-14 15:21

Ötən axşam APOEL-in müdafiəçisi Giorgios Merkis “Qarabag” üzərində 2:0 hesablı qələbədən sonra Yunanıstan bayrağına bürünməsini Mahir Emreli ilə söz davasına görə etdiyini bəyan edib. Futbolçu fikirlərini belə əsaslandırmışdı: 


“Oyun zamanı epizodların birində hakimdən cərimə zərbəsi tələb etdim. Rəqibin hücumçusu Mahir isə mənə dedi ki, qadın kimi ağlama. Ona “Ağlamıram, yunanam”, - deyə cavab verdim. Mənə cavabında bildirdi ki, türklərin sizə nə etdiyini xatırlayırsan? "Yadımdadır, bu gün nə edəcəyinizi göstərin", - deyə ona cavab verdim”. Biz ona göstərdik. Buna görə də yunan bayrağına sarılmışam”.


Məsələylə bağlı Sport24.az-a açıqlama verən Emreli APOEL-in futbolçusunun bu nağılı özündən uydurduğunu bildirib:


“Kipr klubunun futbolçusunun dedikləri yalandır. Ona türklərin yunanlara etdikləri ilə bağlı söz deməmişəm. Bəli, dedim, qız kimi oynama. Bundan sonra burnunun altında nəsə danışmağa başladı. Dediklərini heç eşitmədim də. Vəssalam. Dialoqu isə yəqin ki, azarkeşləri qarşında xal qazanmaq üçün uydurub. Futbol meydanında siyasətdən danışmaram”.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB