TOP 10

“Neftçi” İsrailə çatdı

Futbol
Tarix: 2019-08-14 14:48

Sabah Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında “Bney Yehuda” ilə səfərdə üz-üzə gələcək “Neftçi” artıq İsraildədi. Sport24.az xəbər verir ki, “ağ-qaralar” 1 saat öncə məskunlaşmağı planlaşdırdıqları “Don Panorama” otelinə çatıblar.


Bu axşam Bakı vaxtı ilə 20:30-da paytaxt təmsilçisinin baş məşqçisi Roberto Bordin jurnalistlər önünə çıxaraq mətbuat konfransı keçirəcək. Saat 21:00-dan isə təmsilçimizin 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi keçiriləcək.


Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 21:00-da “Bney Yehuda” - “Neftçi” matçının start fiti səslənəcək.

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB