TOP 10

“Valensiya” öz yetirməsini transfer etdi

Dünya Futbolu
Tarix: 2019-08-14 17:34

İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, La Liqa təmsilçisi “Vilyarreal”ın müdafiəçisi Xaume Kostanı transfer edib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.


Xaume məhz “Valensiya”nın yetirməsidi. O, 2007-2010-ci illər aralığında bu klubun B komandasında oynasa da, əsas komandada debüt şansı qazanmayıb. 2009/10 mövsümündə “Kadis”ə icarəyə verilən sol cinah müdafiəçisi 2010-cu ildən “Vilyarreal”da çıxış edirdi. O, geridə qalan mövsümdə 29 oyuna çıxıb, 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB