TOP 10

“Qarabağ”la görüsləri böyük həyəcanla gözləyirik” - “Linfild”in baş məşqçisi

Futbol
Tarix: 2019-08-14 13:03

Şimali İrlandiya çempionu “Linfild”in baş məşqçisi Devid Xili Çernoqoriya “Sutyeska”sını evdə də 3:2 məğlub edəndən sonra (səfərdə 2:1) Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı oyunlar haqda danışıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə ötən axşamkı qələbəni şərh edib:


“Uşaqlar bütün tapşırıqlarımızı düzgün yerinə yetirdilər. Onlardan nə tələb etmişdiksə, meydanda hamısını gördük”.


Daha sonra Xili qarşıdakı mərhələyə toxunub: “İndi bütün diqqətimizi pley-off matçlarına yönəltməliyik. Hamımız “Qarabağ”la görüşləri böyük həyəcanla gözləyirik”.


Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcək bu komandaların ilk görüşü Belfastda, avqustun 22-də baş tutacaq. Bir həftə sonra isə Avroliqanın qrupuna vəsiqə əldə edəcək komandanın kimliyinə Bakıda aydınlıq gələcək.

14 Sentyabr 2019
13 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB