TOP 10

Əliyar Ağayev 2 vərəqə ilə kifayətləndi

Futbol
Tarix: 2019-08-14 12:54

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən LASK (Avstriya) - "Bazel" (İsveçrə) görüşünü idarə edib. Sport24.az xəbər verir ki, "Linzer" stadionunda baş tutan qarşılaşma ev sahiblərinin qalibiyyəti ilə nəticələnib.


Səfərdə 2:1 hesablı qələbə qazanan avstriyalılar doğma meydanda da 3:1 hesablı üstünlük əldə edərək, pley-off mərhələsinə yüksəlib. Ağayev qarşılaşmada 35 dəfə kobudluq qeydə alıb. Bunlardan 20-ni ev sahibləri, 15-ni qonaqlar edib.


Referi bunun fonunda cəmi 2 dəfə əlini cibinə atıb və hər komandadan bir futbolçuya sarı vərəqə göstərib. Ona bu qarşılaşmada Zeynal Zeynalov və Akif Əmrəli kömək ediblər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirib.

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB