TOP 10

"Qəbələ" "Gilan"a qayıtdı

Futbol
Tarix: 2019-08-14 17:18

"Qəbələ" Premyer Liqamızda ilk tura son hazırlığını keçirmək üçün bu gün doğma məkana yollanıb. Komandanın baş məşqçisi Sənan Qurbanov Sport24.az-a açıqlamasında Qəbələyə gec qayıtmalarının səbəbini açıqlayıb: "Avqustun 27-dək ordayıq. Qəbələdəki matçlarımıza orda hazırlaşacağıq. Otellərdə sıxlıq olduğu üçün bir qədər gec yollanmalı olduq. Yay fəslində belə hallar olur. Premyer Liqamızda komandaların çoxu Bakıda məskunlaşır. İmkanımız olduğu təqdirdə səfər matçlarına paytaxtda hazırlaşacağıq".

 

Gənc mütəxəssislə səhbətimizdə bəlli oldu ki, Qəbələdə qaldıqları məkan da dəyişib. Belə ki, komanda daha "Qafqaz Sport" otelində qalmayacaq: "Artıq "Gilan" otelində məskunlaşacağıq. Hələ mövsümlə bağlı qəti qərar qəbul etmişik. Ancaq hələ ki "Gilan"da qalacağıq. Ora klub üçün baza kimidi. U-19 komandamız da orda qalırdı, əvəzedicilərimiz də. Əlbəttə, "Qafqaz Sport"da şəraitimiz daha yaxşıdı. Orda hovuz, sauna, trenajor zalı var. İstəyərdik ki, yenə "Qafqaz Sport"da qalaq. Ancaq əlbəttə, hər şey maddiyatla bağlıdı. Harda deyəcəklər. orda qalacağıq".

 

"Qəbələ" ingiltərəli baş məşqçisi Toni Adamsın dövründə "Gilan"da qalırdı. 2013-cü ildə rusiyalı Yuri Syomin baş məşqçi postuna gələndən sonra komanda "Qafqaz Sport"a köçərək 6 ildir ordan baza kimi istifadə edirdi.  

 

Xatırladaq ki, "Qəbələ" ilk turda avqustun 17-də "Sumqayıt"ı qəbul edəcək. 

 

 

MEHMAN SÜLEYMANOV

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB