TOP 10

Almeyda Avroliqanın qrupunda iki təmsilçimizin olacağına ümid edir: "Kişi olmaq və uduzmağı da bacarmaq lazımdı"

Futbol
Tarix: 2019-08-14 10:16

"Bu gün futbol elədir ki, ani diqqətsizlikdə rəqib səni cəzalandırır. Əlimizdən düşən imkanlardan istifadə edə bilsəydik, hər şey fərqli olardı. Amma bu futboldur. Başımızı dik saxlamalı və irəli baxmalıyıq". Sport24.az xəbər verir ki, bu fikirləri  "Qarabağ"ın futbolçusu Riçard Almeyda Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. 

 

30 yaşlı yarımmüdafiəçinin fikrincə, ilk görüşdə (2:1) son dəqiqələrdə buraxılan qol ani diqqətsizlikdən olub: "Qol epizodlarımız oldu. Sadəcə, bunlardan istifadə edə bilmədik. Rəqib isə yararlandı. Məğlub olmağı da bacarmaq lazımdır. Rəqibi də təbrik edirəm"

 

Riçardın sözlərinə görə, baş məşqçi futbolçuların hamısına eyni gözlə baxır: "Məyusuq. Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirdik. Görüşdə çoxlu azarkeş var idi. Onlar bu gün çox möhtəşəm idi. Əlimizdə imkan var ki, Avropa Liqasının qrup mərhələsində çıxış edək. Ümid edirəm ki, "Neftçi" Avropa Liqasında qələbə qazanacaq və Azərbaycanı iki komanda qrup mərhələsində təmsil edəcək".

 

Almeyda növbəti oyunlara köklənməyin psixoloji cəhətdən çətin olmayacağını söyləyərək, bunun çox təcrübəli baş məşqçilərinin olmaısyla əsaslandırıb: "O, vəziyyəti dəyişməyi bacarır. Heyətdə də təcrübəli futbolçular kifayət qədərdir. Bu, ilk məğlubiyyətimiz deyil. Ötən il BATE-yə uduzandan sonra toparlandıq və qrup mərhələsinə düşdük. Kişi olmaq və uduzmağı da bacarmaq lazımdı. Bunların öhdəsindən gəlməliyik. "Qarabağ"ın öz oyun üslübu var. Çatışmayan cəhətimiz o idi ki, qol vura bilmədik". 

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB