TOP 10

“Qarabağ”ın Avroliqadakı rəqibi dəqiqləşdi

Futbol
Tarix: 2019-08-14 01:14

Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Kiprin APOEL klubuna uduzaraq (0:2, ilk oyun 2:1) mübarizəni dayandıran Azərbaycan çempionu “Qarabağ” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Sport24.az xəbər verir ki, artıq Ağdam klubunun Avroliqadakı rəqibi də müəyyənləşib. Qurban Qurbanovun çalışdırdığı komanda bu turnirin qrup mərhələsinə vəsiqə uğrunda Şimali İrlandiyanın “Linfild” klubu ilə mübarizə aparacaq.


Sözügedən komanda Avroliqanın 3-cü təsnifat mərhələsində "Sutyeska"nı (Monteneqro) mübarizədən kənarlaşdırıb. Səfərdə baş tutan ilk oyunda 2:1 üstün olan Şimali İrlandiya klubu, doğma meydanda da 3:2 hesablı qələbəyə sevinib və Ağdam təmsilçisinə rəqib olub.


Avroliqada pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilk matçı səfərdə olacaq.

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB