TOP 10

Miçel ÇL-dəki məğlubiyyəti dramatikləşdirməyə lüzum görmür: “Qarabağ” hər matçı yaxşı keçirmək məcburiyyətində deyil"

Futbol
Tarix: 2019-08-14 09:16

"Qarabağ"ın ispaniyalı futbolçusu Miçel Madera Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində APOEL-ə 0:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi məğlubiyyəti şərh edib.


- “Qarabağ” bu gün niyə uduzdu?

- Futboldur, bəzən alınmır. Hərdən gözlənilməz şəkildə uduza və ya qalib gələ bilərsən. İrəli baxmaq lazımdır.
 
 

- Nəticə gözlənilməz oldu?

- APOEL-in qələbəsi niyə gözlənilməz olsun ki? İlk oyunda biz qalib gəldik, bu dəfə onlar.
 

- Komandada arxayınlıq var idi?

- Qarşılaşmaya köklənmişdik. Alınmadı, nə edək?
 
 

- “Qarabağ” baxımlı futbol oynayan komandadı. Ancaq bu gün onu görmədik. Meydanda istədiyinizi niyə edə bilmirdiniz?

- Razıyam ki, istədiyimiz alınmadı. Görüşdə 3-4 qol şansımız oldu. Bunlardan ararlansaydıq, fərqli olacaqdı. Hətta “Barselona” və “Real”ın da uğursuz günləri olub. “Qarabağ” hər matçı yaxşı keçirmək məcburiyyətində deyil.
 
 

- APOEL-dəki baş məşqçi dəyişikliyi oyuna təsir etdi?

- Qol vəziyyətlərimiz oldu, alınmadı, top qapıya girmədi. Rəqib əvvəlcə penaltidən fərqləndi. İkinci hissədə də bir zərbəyə bir qol buraxdıq. Yenə deyirəm, futboldur, dramatikləşdirməyə dəyməz.
 
 

- İlk oyundakı nəticəni gözlənilməz, bu nəticəni isə gözlənilən adlandırmaq olar? Kənardan belə görünürdü....

- Sizi alqışlamaq lazımdır ki, öncədən hər şeyi görürsünüz. Təkrar edirəm ki, bizdə alınmadı.

     
11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB