TOP 10

Tahir Gözəl "Qarabağ"a yeni transferin lazım olmadığını açıqladı: "Avropa macəramız bitməyib, davam etməliyik"

Futbol
Tarix: 2019-08-14 00:54

 "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-ə 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, klub rəsmisi əvvəlcə matç haqda danışıb.

 

- Bilirsiniz, tariximizdə nəticəyə bu qədər yaxınlaşmamışdıq. Əslində, pis taleyimizin başlanğıcı səfər matçında son saniyədə buraxdığımız qol oldu. Bu, futboldur, hmişə yaxşı oynayan sevinmir. “Qarabağ” layiqli oyun göstərdi. Çox şansımız oldu. Rəqibin iki epizodu oldu və qola çevirdilər. Bu duruma çox üzülürəm.

 

- İlk oyunda “Qarabağ” 90+5-də qol buraxmasaydı, bu gün fərqli ola bilərdi?

- Əlbəttə, olmasaydı, bu gün bəlkə də, fərqli olacaqdı. Dediyim kimi, futbolda belə hallar olur. Qarşıda matçlarımız var. “Qarabağ” Avropada yoluna davam etməlidir. Paltardəyişmə otağında hamıya ürək-dirək verdim. Təbii ki, hamı üzülür. Çox istəyirdik ki, burdan sevinclə ayrılaq. Azarkeşlər “Qarabağ”a son saniyəyə kimi dəstək oldu. Xalqımıza təşəkkür edirəm. Macəramız bitməyib, davam etməliyik.

 

- Futbolçularda arxayınlıq var idi, yoxsa APOEL yeni baş məşqçisi ilə fərqli oynadı?

- Yeni baş məşqçiləri onlara yeni ruh gətirdi. Bu, faktdır. Arxayınlıq demək düz deyil. Rhatlıq görmədim. APOEL böyük klubdu, "11 nömrə"li futbolçusu 6 milyon avroluqdu. Onlara qiymət verməliyik. Avropa klubuna aşağı baxmaq olmaz. Bizdə alınmadı.

 

- UEFA nümayəndəsi ilə nə söhbət edirdiniz?

- Həmin şəxs Bosniya və Herseqovinadandır. 1995-ci illərdə universitetdə tələbə olmuşam. Həyatımın bir ilini Bosniyaya pul toplamaq üçün keçirmişəm. Məscidləri dolaşıb, o ölkə üçün pul yığırdım. Bu ölkəyə qarşı sevgim var. Bunu ona deyirdim. Bosniyaya gedəndə onu ziyarət etmək istədiyimi bildirdim.

 

- Baş məşqçilərin duelində Tomas Dollun qalib gəldiyini söyləmək olar?

- Bunu deməzdim. “Qarabağ” çox gözəl oynadı. İlk görüşdə APOEL uduzmuşdu. Burda itirəcəkləri heç nə yox idi. Futbol və həyatda da belədir.

 

- Yunanların sevdiyi komandaya uduzmaq sizə necə hisslər yaşadır?

- Qarşı tərəfə heç vaxt fikir vermirəm. Bir istəyim var: “Qarabağ”ın adını dünyaya tanıtdırmaq! APOEL rəsmilərini qəbul etdik, onlara çətin vəziyyətimizi dedik. Tariximizdən bəhs etdik, nələr yaşadığımızı söylədik.

 

- Hədəf Avropa Liqasının qrup mərhələsinə düşmək olacaq?

- Əlbəttə, Monteneqro və İrlandiya çempionları duelində mərhələ keçən komandaya rəqib olacağıq. Bizə növbəti oyun çox vacibdir. İnanıram ki, yaxşı olacaq.

 

- “Qarabağ”a yeni transfer lazım deyil?

- Xeyr, bunun üçün infrastruktur, gəlir olmalıdır. “Qarabağ”ın sponsordan başqa gəlir yeri yoxdur. Avropa klubları kimi futbolçu alıb, sata bilmirik. Futbolçulara bu tərəfə gəlmək istəmir. APOEL ötən mövsüm futbolçu satışından 9 milyon avro gəlir əldə edib. Kipr Avropa Birliyinin parçasıdır. “Qarabağ”ı “Azersun” şirkəti himayə edir. İmkanlarımız nəyə çatır, yavaş-yavaş gedirik. Bundan artığına imkan yoxdur.

 
17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB