TOP 10

Doll "Qarabağ" üzərində layiqli qələbə qazanan futbolçularıyla qürur duydu: "Qol buraxmadan qalib gəlməyimiz böyük klub üçün uğurlu nəticədi"

Futbol
Tarix: 2019-08-13 22:53

Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı səfərdə 2:0 hesabıyla məğlub edərək mübarizəni kənarlaşdırdıqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis sualları cavablandıırb.

 

-  "Qarabağ"dan belə oyun gözləyirdiniz?

-  Komandamızın nə etdiyindən razı qalıdm. Rəqibin necə oynaması elə də vacib deyil.  Qol vura bilərdilər, ancaq qaqıçımız möhtəşəm qurtariş etdi. Xüsusilə qol buraxmadan qalib gəlməyimiz böyük klub üçün uğurlu nəticədi. 

 

- Penalti qələbənizin təməlini qoydu. Sizcə, bu 11 metrlik cərimə zərbəsi olmasaydı, evə əliboş qayıdacaqdınız?

- Xeyr. Penalti olmasaydı, qol vurmaq üçün xeyli vaxt olacaqdı. APOEL-in bu dəfə fərqli oyun göstərməyi həlledici oldu. Futbolçularımızın qol vurmaq, nəticə qazanmaq istəyi, konsentrasiyanı itirməməyimiz, onların meydançada qoyduğu böyük ürək həlledici oldu. 

 

- Sizcə, qələbənizin əsas faktorları nə idi?

- İlk növbədə cəsur, ürəkli oynadıq. Komandamız meydançada çox qaçdı. İkinci hissənin ilk 10-15 dəqiqəsində bizə çox çətin oldu. Çünki rəqibin təhlükəli vəziyyətləri, hava asmaları bu dəqiqələrdə yetərincə idi. Bu zaman qol buraxmamağımız həlledici oldu. Fikrimcə, mərhələ keçməyə layiq idik.

 

- Bu qələbədə italiyalı sələfiniz, sabiq baş məşqçinin payı nə qədər idi? Çünki komandanızın fiizki hazırlığı çox yaxşı idi...

- Bu suala görə təşəkkür. Əlbəttə, sələfimin böyük rolu var. 4-5 gündü burdayam. İndiki məşqçilərimizdən biri italiyalıdı, o, sabiq baş məşqçimizlə çalışıb. Gələndə futbolçularıma dedim ki, mərhələ keçsək, mənim payım çox olmayacaq. Çox xoşbəxtəm. Xüsusilə də prezidentimizə görə. Sabiq baş məşqçimizə təşəkkür edirəm. 

 

- Oyunöncəsi mətbuat konfransında sizə sual verilmişdi ki,  3 futbolçunuz oynamayacaq. Siz də yetərincə keyfiyyətli futbolçularınızın olduğunu bildirdiniz. Mərhələ keçməyinizdə həlledici nə oldu?

- Baş məşqçi kimi əsas işim özünəinam yaratmaqdı. Komandamız 12-13 futbolçudan ibarət deyil. Əsas məsələ futbolçuların mənə güvənməsidi. Fikirləşsən, hansısa futbolçularımız yoxdu, onda mərhələ keçmək şansın demək olar yoxdu. Mərhələ keçdik və buna nail olan futbolçularımla qürur duyuram. 

 

- İlk oyunda komanda fərqli çıxış etmişdi, indi də fərqli...

- Bəli, bu, önəmli idi. 1:0-dək 4-3-3 kimi çıxış edirdik. İkinci hissədə çətin anlar yaşadıq. Sonradan ikinci hücumçu meydana buraxmalı olduq, bir az nəfəs aldıq və 2-ci qolumuzu vurduq. Kapitanımızı də vərəqə limitində olması üzündən əvəzləməli olduq. 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

23 Sentyabr 2019
22 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB