TOP 10

DÇ-də daha iki bürünc medal şansı

Güləş
Tarix: 2019-08-13 21:29

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparır.
 

Əsgər Məmmədəliyev əvvəlcə İsveçrə, daha sonra isə Monqolustan təmsilçisinə vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Ukraynadan olan rəqibinə uduzub.


Hacımurad Hacıyev gürcü və yunan həmkarlarını üstələyərək yarımfinala çıxsa da, bu mərhələdə amerikalı güləşçiylə bacarmayıb.


Məhəmməd Asiyatilov debütdə İran pəhləvanına müqavimət göstərə bilməyib.


Asxab Həmzətov ilk mərhələdə koreyalı, 1/8 finalda isə Cənubi Afrikadan olan pəhləvanlara göz açmağa imkan verməyib. Ancaq Balakən güləş məktəbinin yetirməsi 1/4 finalda Rusiya güləşçisinə məğlub olub.


İslam Abuyev təsnifat mərhələsində Qazaxıstan idmançısını mübarizədən kənarlaşdırsa da, hindli güləşçiyə yenilib.


Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları avqustun 14-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


61 kq
1/8 final - Əsgər Məmmədəliyev - Nino Leutert (SUİ) 10:0
1/4 final - Əsgər Məmmədəliyev - Tuqsyarqal Erdenebat (MGL) 11:0
1/2 final - Əsgər Məmmədəliyev - Andrey Celep (UKR) 5:11
Bürünc medal görüşü - Əsgər Məmmədəliyev

74 kq
1/8 final - Hacımurad Hacıyev - Qoqa Mamiauri (GEO) 7:2
1/4 final - Hacımurad Hacıyev - Georgios Kuqiumtsidis (GRE) 12:2
1/2 final - Hacımurad Hacıyev - David Aaron Karr (USA) 0:10
Bürünc medal görüşü - Hacımurad Hacıyev

86 kq
Təsnifat - Məhəmməd Asiyatilov - Səccad Səid Həbibiehsani (İRİ) 0:10

92 kq
Təsnifat - Asxab Həmzətov - Vonvi Çoi (KOR) 11:0
1/8 final - Asxab Həmzətov - Maykl Cons Grobler (RSA) 10:0
1/4 final - Asxab Həmzətov - Alan Baqayev (RUS) 1:3

125 kq
Təsnifat - İslam Abuyev - Bakdaulet Osserbay (KAZ) 2:0
1/8 final - İslam Abuyev - Vişal Vişal (İND) 1:5

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB