TOP 10

"Qarabağ"la "Neftçi"ni pley-offda görən millimizin sabiq futbolçusu: "Bu, Qurbanovun komandasına çətinlik yaradacaq, ancaq inanmıram ki..."

Futbol
Tarix: 2019-08-13 17:30

"Qarabağ"la "Neftçi"nin bu mərhələni də keçmək şansında olduqlarını görürəm. İnşallah, ikisinin də pley-offda oynayacağını fikirləşirəm". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov bildirib.

 

Millimizdə də uzun illər çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi avrokuboklarda qalan təmsilçilərimizlə bağlı nikbindi. O, fikrini belə əsaslandırıb: "Bney Yehuda" Bakıda yalnız əks-hücumlarda oynayaraq qollarını vurdu. "Neftçi" səfər matçlarında üstün cəhətlərindən, qol şanslarından istifadə etsə - inanıram ki, bunlar olacaq - mərhələni keçən tərəf olacaq. "Qarabağ" isə səfərdə 2:1 hesabıyla qalib gəlsə də, bilirik ki, yenə çətin olacaq. Çünki bu mərhələlərdə ciddi rəqiblər olar. Hər halda, "Qarabağ" 30 min azarkeş önündə oynayır. Bilirəm ki, bundan maksimum yararlanaraq nəticə qazanacaq. "Qarabağ"ın qələbəsi isə bütün Azərbaycan xalqının uğurudu. Hamı dua edir, hamı istəyir ki, Ağdam klubu, "Neftçi" mərhələ keçsin, futbolumuz dirçəlsin. Futbolumuzun, ümumiyyətlə, idmanımızın inkişafında Avropada qazandığımız qələbələr önəmlidi".

 

İsmayılov keçmiş komandasının səfərdən böyük üstünlüklə qayıtmasına baxmayaraq, bugünkü cavab matçına arxayın çıxmayacağını düşünür. O, bu işdə uzun illər rəhbərliyi altında çıxış etmiş Qurban Qurbanovun əməyini qeyd edir: "Əlbəttə, rəqib meydanında 2:1 çox yaxşı hesabdı. Ancaq yenə də boşalmaq olmaz. Bilirəm ki, "Qarabağ"ın futbolçuları bunu yaxşı dərk edir və Qurban müəllim komandanı yaxı hazırlaşdırıb. Belə hesabla irəlidə olsaq da, futbolda hər şey ola bilər. Buna görə də ilk dəqiələrdən sonadək diqqətli olmaq lazımdı. Üstəlik, APOEL "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisini dəyişdirib. Almaniyalı mütəxəssislərin işi isə məlumdu. İnanıram ki, Tomas Doll da özünü göstərməyə çalışacaq. Bu, "Qarabağ"a çətinlik yaradacaq, ancaq inanmıram ki, mərhələni keçməyə imkan verməsin".

 

"Neftçi"nin isə "Qarabağ"dan fərqli cavab matçında işi daha çətindi. Çünki evdə 2:2 hesablı bərabərlik etdiyindən çətin İsrail səfərindən mütləq qələbəylə dönməlidi. Üstəlik, "Bney Yehuda" Bakıda 9-10 nəfərlə müdafiə olunmuşdusa, hazırkı hesabı nəzərə alsaq, evdə tam müdafiədə oturacaq. Bu isə əks-hücumlarda oyunu daha yaxşı alınan "Neftçi"yə daha çətinlik yaradacaq. İsmayılovu dinləyək: "Neftçi"nin ən önəmli mövqeyi, əsas gücü hücum xəttidi. İnanıram ki, ön xətti bir az da intensiv, aktiv, aqressiv olsa, mərhələni rahatlıq keçəcək".

 

Xatırladaq ki, "Neftçi" İsraildəki qarşılaşmasını avqustun 15-də Bakı vaxtilə saat 21:00-da keçirəcək.

 

 

 

MEHMAN SÜLEYMANOV

 

MEHMAN SÜLEYMANOV

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB