TOP 10

"Bavariya" millimizlə matçda dubl edən futbolçunu icarəyə götürdü

Dünya Futbolu
Tarix: 2019-08-13 17:00

“Bavariya” Xorvatiya millisinin futbolçusu İvan Perişiçi heyətinə qatıb. Sport24.az xəbər verir ki, İtaliya “İnter”in 30 yaşlı yarımmüdafiəçisi Milan klubunda icarə əsasında çıxış edəcək. 

 

Almaniyalı həmkarlarımız yazır ki, “Bavariya” futbolçunu sonradan 20 milyon avroya almaq şərti ilə bir illik 5 milyon avroya icarəyə götürüb. Bir müddətlik fasilədən sonra Bundesliqaya qayıdan İvan karyerasının daha çox bağlı olduğu Almaniyada yeni klubunun əzəli rəqibi Dortmund "Borussiya"sında çıxışıyla tanınıb. 

 

Xatırladaq ki, Perişiç millimizə 5 il öncə 6:0 hesabıyla qalib gəldikləri rəsmi oyunda dubl edib. 

 

17 Noyabr 2019
16 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB