TOP 10

"Qarabağ"ın Avropada yubiley qarşılaşması

Futbol
Tarix: 2019-08-13 14:41

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Kiprin APOEL komandası ilə qarşılaşır. Sport24.az xəbər verir ki,  Tofiq Bəhramov stadionunda start fiti saat 20:30-da səslənəcək bu görüş Ağdam təmsilçisinin əsas klub turnirində 36-cı (+14=12-9, 37-27), ümumiyyətlə isə 110-cu (+39=29-41, 106-133) oyunudur. Görüş Azərbaycan klubları üçün ÇL-də 78-ci, ümumilikdə 341-ci matçdı.

 


APOEL ilə avqustun 6-da səfərdə keçirilən qarşılaşma klub futbolu tariximizdə əlamətdar oldu. Belə ki, "Qarabağ”ın qalib gəlməsi ilə qitə turnirlərində 100-cü qələbəmizi qazandıq.


Kipr komandaları ilə indiyədək 7 dəfə üz-üzə gəlmişik: görüşlərin rəqəmli yekunu belədir – 3 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət, topların nisbəti 8-7. “Qarabağ” ilk dəfədir Kipr təmsilçisi ilə qarşılaşır və bununla Ağdam klubu üçün ölkələrin sayı 35 olub. Yeri gəlmişkən, “Qarabağ”ın yolu ən çox İngiltərə, İtaliya, Fransa, Çexiya və Moldova klubları ilə kəsişib – 6 dəfə.

 

“Qarabağ” 8 qolla məhsuldarlıqda hazırda 5-ci klubdu, yarımmüdafiəçi Abdulla Zubir isə 3 məhsuldar ötürmə ilə ÇL-in təsnifat mərhələsində daha 3 futbolçuyla liderdi.

 

Klub reytinqində bu il silinən göstəricimiz 3,625 xal təşkil edir. “İtirdiyimizin” indilikdə 2,125-nin yeri doldurulub və bu, yalnız “Neftçi” (1,125) və “Qarabağ”ın (1,000) hesabına mümkün olub.


Azərbaycan klublarının qitə turnirlərində bu həftə daha bir oyunu olacaq – avqustun 15-də “Neftçi” İsraildə “Bney Yehuda” futbolçuları ilə görüşəcək. 

 

 

RÖVŞƏN BİNNƏTLİ

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB