TOP 10

Bordinin növbəti seçimi - Dario Frederiko

Futbol
Tarix: 2019-08-13 13:11

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində avqustun 15-i Bakı vaxtı ilə saat 21:00-da İsrailin Petak Tikva şəhərindəki “Ha Moşava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” oyunu öncəsi qonaqların baş məşqçisi Roberto Bordinin və futbolçu Dario Frederikonun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Sport24.az xəbər verir ki, tədbir avqustun 14-ü “Ha Moşava” stadionunun mətbuat zalında keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.

 

Konfransdan sonra, saat 21:00-da isə təmsilçimizin media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq. Həmin gün “Bney Yehuda”nın baş məşqçisi Yossi Abukasisin də mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans Bakı vaxtı ilə saat 18:30-da, məşq isə saat 19:00-da başlanacaq.

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB